«Mədəniyyətlərarası dialoqunçeşidliliyin təşviqində korporativ sektorun rolu»

 

Mayın 31-də İkinci Ümumdünya  Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Mədəniyyətlərarası dialoqunçeşidliliyin təşviqində korporativ sektorun rolu" mövzusunda plenar iclas keçirilmişdir.

İclasda dünyanın müxtəlif ölkələrində mədəni müxtəlifliyin qorunması probleminin elmi-nəzəri dərki, qloballaşma proseslərinin inkişafı şəraitində mədəniyyətlərarası və dinlərarası ziddiyyətlərin kəskinləşməsi, konfessiyalararası əlaqələrin axtarışı və tolerantlılığın təbliği məsələləri müzakirə edilmişdir.

AzərTAc xəbər verir ki, sessiyanın moderatoru Britaniyanın Koventri Universitetinin icraçı direktoru, professor Mayk HARDİ olmuşdur. O, müasir dünyada şirkətlərin irəliləməsində korporativ mədəniyyətin əhəmiyyətindən danışmışdır.

Sessiyada ABŞ-ın "Weyerhaeuser" şirkətinin nümayəndəsi Effenus HENDERSON Britaniyanın "EF Education First" şirkətinin icraçı direktoru Karl-Yohan VESTRİNQ çıxış etmişlər.

Effenus Henderson keyfiyyətli təhsil, o cümlədən demokratiya, insan vətəndaş hüquqları ilə bağlı təhsil imkanlarının təmin olunmasından, hər xalqın öz mədəniyyətinə dair  bilikləri əldə etməsindən başqa xalqların mədəniyyətini ənənələrini mənimsəməsindən, habelə korporasiya şirkətlərdə müxtəlif millətlərdən dinlərdən olan insanların fəaliyyətindən danışmışdır.

Onun sözlərinə görə,  qloballaşma şirkət rəhbərləri qarşısında yeni vəzifələr qoyur. Liderlər  müasir çoxşaxəli dünyada müxtəlif millətlərdən dinlərdən olan insanlarla əlaqələr qurmağı onlara rəhbərlik etməyi bacarmalıdırlar. Şirkətin irəliləməsi ilə bağlı  ideyaların həyata keçirilməsi onun bütün əməkdaşları ilə  razılaşdırılmalıdır.

Bildirilmişdir ki, işgüzar mədəniyyətlər arasında əlaqələrin qanunauyğunluqlarının  nəzəri baxımdan dərk edilməsinə  İkinci Dünya müharibəsindən sonra başlanmışdır. Əsl  həqiqətdə   praktikada isə mədəniyyətlərarası menecment problemləri, yəni işgüzar ünsiyyət proseslərinin idarə olunması iqtisadiyyatın özü qədər qədimdir. İşgüzar kommunikasiya həmişə, bütün zəmanələrdə bütün xalqlarda dünyaya milli baxışa, milli mədəniyyətlərə milli, o cümlədən iqtisadi mentalitetə söykənir.

Tədqiqatçıların əksəriyyəti hesab edir ki, bu,  ilk növbədə, müharibədən sonrakı bərpa dövründə beynəlxalq iqtisadi əlaqələrin kəskin şəkildə genişlənməsi ilə bağlıdır. Ötən əsrin 60-70-ci illərində bir qrup ABŞ alimi zamanın yeni çağırışlarına cavab verərək praktiki, psixoloji strateji tövsiyələr işləyib  hazırlamağa başlamışdır. Həmin tövsiyələr transmilli şirkətlərin yaradılması ABŞ-ın iqtisadi maraqlarının  ön plana  çəkilməsi zamanı itkiləri minimuma endirməli idi. "Korporativ mədəniyyət termini" XIX əsrdə yaranmışdır. Bu termin alman feldmarşalı Moldke tərəfindən yaradılmış  tətbiq edilmişdir. Moldke həmin termindən zabitlərin qarşılıqlı münasibətlərini səciyyələndirərkən istifadə etmişdir.

Effenus Hendersen bildirmişdir ki, adətən, təşkilatlarda mövcud olan korporativ mədəniyyət kollektivin bütün üzvləri tərəfindən sübutsuz qəbul edilən ümumi davranış çərçivələrini nəzərdə tutan mürəkkəb təkliflər kompleksidir.

Müasir rəhbərlər öz təşkilatlarının mədəniyyətinə onun bütün bölmələrini ayrı-ayrı şəxsləri ümumi məqsədlərə istiqamətləndirməyə, əməkdaşların təşəbbüslərini səfərbərliyə almağa onlar arasında səmərəli ünsiyyəti asanlaşdırmağa imkan verən güclü strateji vasitə kimi baxırlar. Onlar hər bir təşkilatın  özünəməxsus mədəniyyətini yaratmağa çalışırlar ki, bütün qulluqçular onu başa düşüb dəstəkləsinlər. Müasir təşkilatlar bir qayda olaraq çoxmədəniyyətli qurumu təmsil edirlər.

"EF Education First"  şirkətinin icraçı direktoru Karl-Yohan Vestrinq şirkətin fəaliyyətinə həsr olunmuş təqdimatdan sonra qurumun müxtəlif  xalqların nümayəndələrindən olan əməkdaşlarının işindən danışmışdır.

Karl-Yohan Vestrinq demişdir ki, müasir dünyada qloballaşma prosesi zamanı  baş verən siyasi-iqtisadi mədəni inteqrasiya faktını bu gün heç kəs şübhə altına qoya bilməz. Ölkələr xalqlar həyatın bütün sahələrində -  istər siyasi, istər iqtisadi, istərsə mədəni sahələrdə  şəxsi ünsiyyətdən tutmuş beynəlxalq görüşlərədək bütün səviyyələrdə informasiya texnologiyalarının son nailiyyətlərindən (telekörpülər, kompyuter şəbəkələri, internet) yararlanaraq fəal əməkdaşlıq edir qarşılıqlı fəaliyyət göstərirlər.

Bir çoxları bu müxtəlif çoxsəviyyəli əlaqələri dəstəkləmək üçün ingilis dilini öyrənir, çünki beynəlxalq ünsiyyətdə məhz bu dildən geniş istifadə olunur. Onlar istənilən əcnəbi dili öyrənməyə başlayan kimi  sırf dilçilik normaları qaydaları (fonetika, qrammatika sintaksis) ilə bərabər,  başqa mədəniyyətin norma qaydalarını da mənimsəməli olurlar. "Mədəniyyət" anlayışı  bütövlükdə bütün dünyada,  ayrıca götürülmüş ölkənin daxilində insanların davranışını  başa düşmək  üçün vacibdir. Mədəniyyət ya insanların mədəni əhatəsi mahiyyət etibarilə mövcud fiziki bioloji mühitə uyğunlaşmaq üsuludur. Hər bir xalq mövcud olması inkişaf etməsi üçün zəruri olan adət-ənənələrini,  hamı tərəfindən qəbul edilmiş normalarını nəsildən-nəslə ötürür.

Karl-Yoxan Vestrinq vurğulamışdır ki, biz əldə olunmuş mədəniyyətlərarası ünsiyyət təcrübəsi sayəsində dünyaya daha geniş baxır və başqa insanların mədəni müxtəlifliyinə dözümlü yanaşırıq.

 

Azərbaycan.-2013.- 1 iyun.- S.5.